İDMAN


Türkiyə Superliqası: “Beşiktaş” “Yeni Malatyaspor”a məğlub olub

Bakı, 16 dekabr, AZƏRTAC

Dekabrın 15-də Türkiyə Superliqasının XV turunda “Beşiktaş” öz meydanında "Yeni Malatyaspor”u qəbul edib.

AZƏRTAC xəbər verir ki, gərgin hücumlarla yadda qalan oyunda Malatya təmsilçiləri istanbulluları 2 cavabsız topla məğlub ediblər. Qonaqların qollarını Tievi Bifouma (85) və Adis Jahoviç (90) vurub.

Günün digər oyununda “Qaziantep” doğma meydanda “Kayserispor”un qapısından üç cavabsız top keçirib. “Fənərbağça” isə səfərdə “Sivasspor”a 3:1 hesabı ilə uduzub.

XV tura dekabrın 16-də keçiriləcək “Başakşəhər” – “Konyaspor”, “Trabzonspor” – “Dənizlispor” matçları ilə yekun vurulacaq.

Hazırda “Sivasspor” turnir cədvəlinə 33 xalla liderlik edir. “Beşiktaş” 27 xalla ikinci, “Trabzonspor” isə 26 xalla üçüncü pillədə yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.