İDMAN
Türkiyə Superliqası: “Beşiktaş” səfərdə "Göztəpə"yə məğlub olub
Bakı, 27 yanvar, AZƏRTAC
Yanvarın 26-da Türkiyə Superliqasının XIX turu çərçivəsində keçirilən matçda "Beşiktaş" səfərdə "Göztəpə"nin qonağı olub.
AZƏRTAC xəbər verir ki, oyuna fəal başlayan meydan sahibləri 25-ci dəqiqədə Halil Akbunarın vurduğu qol sayəsində hesabı açmağa nail olublar. İstanbul təmsilçiləri isə 38-ci dəqiqədə Burak Yılmazın onbirmetrlik cərimə zərbəsindən vurduğu qolla hesaba tarazlıq gətiriblər. Lakin "Göztəpə" 45-ci dəqiqədə zəfər qolunu vurmağı bacarıb. Celso Borges komandasının qələbəsini rəsmiləşdirib.
Günün digər qarşılaşmalarında "Qalatasaray" səfərdə "Konyaspor"u üç cavabsız qolla məğlub edib. "Dənizlispor" isə doğma meydanda "Antalyaspor"a 0:3 hesabı ilə uduzub.
Turun digər görüşləri bu gün keçiriləcək.
Hazırda turnir cədvəlində "Sivasspor" klubu 40 xalla vahid liderdir. "Fənərbağça" 37 xalla ikinci, "İstanbul Başakşəhər" 36 xalla üçüncüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]