İDMAN


Türkiyə Superliqası: “Beşiktaş” səfərdə qələbə qazanaraq liderliyini qoruyub

Bakı, 21 yanvar, AZƏRTAC

Yanvarın 21-də futbol üzrə Türkiyə çempionatının XX turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” səfərdə “Fatih Karagümrük”ün qonağı olub.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu rəqibini 4:1 hesabı ilə darmadağın edib. “Beşiktaş”ın qollarını Vinsent Abobakar, Bernard Mensah (2 top) və Kayl Larin vurublar. Meydan sahiblərinin heyətində isə Fabio Borini fərqlənib.

Günün digər oyunu “Ərzurumspor” – “Alanyaspor” matçında isə qalib müəyyənləşməyib – 1:1.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 41 xalla “Beşiktaş” başçılıq edir. Ondan bir oyun az keçirmiş “Fənərbağça” 38 xalla ikinci, “Qalatasaray” isə 36 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XX turda “Antalyaspor” istirahət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.