İDMAN
Türkiyə Superliqası: “Beşiktaş” səfərdə vacib üç xal qazanıb
Bakı, 29 fevral, AZƏRTAC
Fevralın 28-də Türkiyə Superliqasının XIX turunun açılış matçında “Beşiktaş” səfərdə “Alanyaspor”un qonağı olub.
AZƏRTAC xəbər verir ki, görüşə meydan sahibləri fəal başlayıblar. Matçın 37-ci dəqiqəsində Junior Fernandes hesabı açıb. Lakin qonaqlar 70-ci dəqiqədə Burak Yılmazın qolu sayəsində hesaba tarazlıq gətiriblər. Qarşılaşmanın 87-ci dəqiqəsində B.Yılmaz on bir metrlik cərimə zərbəsindən vurduğu qolla komandasına qələbə qazandırıb.
XIX turun digər matçları aşağıdakılardır:
“Konyaspor”-“Kasımpaşa”, “Trabzonspor”-“Rizəspor”, “Antalyaspor”-“Fənərbağça”, “Dənizlispor”-“Yeni Malatyaspor”, “Ankaragücü”-“Sivasspor”, “Qalatasaray”-“Gənclərbirliyi”, “Başakşəhər” – “Qaziantep” və “Kayserispor”-“Göztəpə”.
Qeyd edək ki, Türkiyə çempionatında hazırda turnir cədvəlinə 46 xalla “Başakşəhər” klubu liderlik edir. “Trabzonspor”, “Qalatasaray” və “Sivasspor” klubları 45 xalla müvafiq olaraq ikinci, üçüncü və dördüncü pillələrdə qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]