İDMAN
Türkiyə Superliqası: “Bursaspor” və “Konyaspor” oyununda qalib müəyyənləşməyib
Bakı, 5 fevral, İlyas Zeynallı, AZƏRTAC
Fevralın 4-də futbol üzrə Türkiyə Superliqasının XX turunun son oyununda turnir cədvəlində 6-cı pillədə qərarlaşan “Konyaspor” komandası səfərdə “Bursaspor”un qonağı olub.
AZƏRTAC xəbər verir ki, “Timsah” arenada baş tutan görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, birinci hissədə qapılara qol vurulmayıb. İkinci hissənin sonlarında Bursa təmsilçiləri təzyiqi artırsalar da, oyunda qalib müəyyənləşməyib. Bu bərabərlik sayəsində “Konyaspor” 32 xalla 6-cı, “Bursaspor” isə 24 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Türkiyə Superliqasının XX turunun yekun nəticələrindən sonra İstanbulun “Başakşəhər” klubu turnir cədvəlində 44 xalla öz liderliyini qoruyub saxlayır. “Qalatasaray” 36 xalla ikinci, “Beşiktaş” isə 33 xalla üçüncü yerdə qərarlaşıb.