İDMAN


Türkiyə Superliqası: “Fənərbağça” İstanbul derbisindən qalib ayrılıb

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 18-də futbol üzrə Türkiyə çempionatının XXXV turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça” səfərdə “Başakşəhər”in qonağı olub.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qonaqlar 2:1 hesabı ilə qalib gəliblər. "Fənərbağça"nın qollarını Atilla Szalai və Dimitrios Pelkas vurub. Meydan sahiblərinin heyətində isə Ömər Ali Şahinər fərqlənib.

Günün digər qarşılaşmasında "Qaziantep" - "Kasımpaşa" matçında isə qalib müəyyənləşməyib - 2:2.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 71 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 69 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 65 xala malik olan “Qalatasaray" qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.