İDMAN


Türkiyə Superliqası: “Fənərbağça” doğma meydanda qələbə qazanıb

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 25-də futbol üzrə Türkiyə çempionatının XXXVII turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça” doğma meydanda “Kasımpaşa”nı qəbul edib.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqları 3:2 hesabı ilə məğlub edib. İstanbul təmsilçisinin qollarını Enner Valensiya və Atilla Szalay vurub. "Kasımpaşa"nın heyətində isə Haris Hayradinoviç və Florent Hadergjonaj fərqlənib.

Günün digər qarşılaşmasında "Yeni Malatyaspor" öz meydanında "Ankaragücü"nü 2:1 hesabı ilə məğlub edib. "Ərzurumspor" səfərdə "Qaziantep"i 3:2 hesabı ilə üstələyib. "Başakşəhər" - "Alanyaspor" matçında isə qapılara qol vurulmayıb - 0:0.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 75 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 72 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 69 xala malik “Qalatasaray" qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.