İDMAN


Türkiyə Superliqası: “Fənərbağça” yeni mövsümə qələbə ilə başlayıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də futbol üzrə Türkiyə çempionatının 2020-2021-ci il mövsümünə start verilib.

AZƏRTAC xəbər verir ki, yeni mövsümə “Rizəspor”- “Fənərbağça” matçı ilə start verilib. “Çaykur Dide” stadionunda keçirilən görüşdə ilk qolu meydan sahibləri vurublar. Qarşılaşmanın 59-cu dəqiqəsində Rizə təmsilçisinin hücumçusu Milan Skoda hesabı açıb. Lakin istanbullular matçın 76 və 87-ci dəqiqələrində fərqlənərək komandalarının qələbəsini rəsmiləşdiriblər. “Fənərbağça”nın qollarını Gökhan Gönül və Jose Soza vurublar.

Beləliklə, “Fənərbağça” Türkiyə çempionatının birinci turunda qələbə qazanıb.

Yeni mövsümdə Superliqada 21 komanda yarışacaq. Birinci turda “Konyaspor” istirahət edir.

Turun digər oyunları aşağıdakılardır:

“Fatih Karagümrük”–“Yeni Malatyaspor”

“Sivasspor”-“Alanyaspor”

“Qalatasaray”–“Qaziantep”

“Göztəpə”–“Dənizlispor”

“Ankaragücü”-“Ərzurumspor”

“Kayserispor”-“Kasımpaşa”

“Antalyaspor”-“Gənclərbirliyi”

“Trabzonspor”–“Beşiktaş”

“Hatayspor”–“Başakşəhər”.

Qeyd edək ki, ötən mövsüm Türkiyə çempionatının qalibi “Başakşəhər” olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.