İDMAN


Türkiyə Superliqası: “Kasımpaşa” – “Beşiktaş” matçında qalib müəyyənləşməyib

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 3-də futbol üzrə Türkiyə çempionatının XV turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” səfərdə “Kasımpaşa”nın qonağı olub.

AZƏRTAC xəbər verir ki, gərgin keçən görüşdə hesabı 12-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Can Bozdoğan açıb. Lakin matçın 82-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Umut Bozok hesabı bərabərləşdirib - 1:1.

Beləliklə, son çempion “Beşiktaş” növbəti dəfə xal itirərək turnir cədvəlində 21 xalla doqquzuncudur.

Turun digər matçları isə dekabrın 4, 5 və 6-da keçiriləcək.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 36 xalla “Trabzonspor” başçılıq edir. Ondan 10 xal geri qalan “Konyaspor” ikinci, sonuncu ilə eyni xala malik olan “Hatayspor” isə üçüncü pillədə qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.