İDMAN


Türkiyə Superliqası: Lider “Başakşəhər” komandası ilə ikinci pillədəki “Qalatasaray” arasındakı xal fərqi dördə yüksəlib

Bakı, 4 noyabr, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasının XI turunda "Beşiktaş" komandası səfərdə "Başakşəhər"lə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu qarşılaşmanın 18-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Edin Viskanın ötürməsindən sonra Alexandru Epureanu vurub – 1:0.

Bu qalibiyyətdən sonra hesabındakı xallarının sayını 24-ə çatdıran Abdulla Avcının komandası turnir cədvəlində vahid liderdir. “Başakşəhər” ikinci pillədəki “Qalatasaray”la arasındakı xal fərqini dördə çatdırıb. Hazırda Fatih Terimin komandasının hesabında 20 xal var. 18 xala malik “Beşiktaş” beşinci pillədə qərarlaşıb.

Turun digər oyununda “Kasımpaşa”nı səfərdə 2:1 hesabı ilə məğlub edən və 20 xal toplayan “Antalyaspor" turnir cədvəlində rəqibini qabaqlayaraq üçüncü sıraya yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.