İDMAN


Türkiyə Superliqası: “Qalatasaray” doğma meydanda “Dənizlispor”u məğlub edib

Bakı, 21 yanvar, AZƏRTAC

Yanvarın 20-də futbol üzrə Türkiyə çempionatının XX turu çərçivəsində keçirilən qarşılaşmada "Qalatasaray" doğma meydanda "Dənizlispor"u qəbul edib.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu rəqibini 6:1 hesabı ilə darmadağın edib. Meydan sahiblərinin qollarını Emre Akbaba (9), Sofian Fequli (17), Rayan Donk (45), Məhəmməd Özkal (öz qapısına 60),Younis Belhanda (64) və Jesse Sekidika vurub. "Dənizlispor"un heyətində isə Veton Tuşa fərqlənib.

Günün digər matçlarında isə "Yeni Malatyaspor" səfərdə "Hatayspor"u 2:1 hesabı ilə üstələyib. "Rizəspor" isə öz meydanında "Qaziantep"in qapısından üç cavabsız qol keçirib.

Hazırda Türkiyə Superliqasına 38 xalla "Beşiktaş" başçılıq edir. Onunla eyni xala malik olan "Fənərbağça" 38 xalla ikinci, "Qalatasaray" isə 36 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XX turda "Antalyaspor" istirahət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.