İDMAN


Türkiyə Superliqası: “Qalatasaray” minimal hesabla qalib gəlib

Bakı, 25 aprel, AZƏRTAC

Aprelin 24-də futbol üzrə Türkiyə çempionatının XXXVII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” səfərdə “Antalyaspor”un qonağı olub.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qonaqlar minimal hesabla qalib gəliblər. İstanbul təmsilçisinin yeganə qolunu Mustafa Məhəmməd vurub.

Günün digər qarşılaşmasında “Beşiktaş” öz meydanında “Kayserispor”u 3:1 hesabı ilə məğlub edib. “Trabzonspor” da doğma divarlar arasında “Fatih Karagümrük”ü iki cavabsız qolla udub. “Konyaspor”–“Hatayspor” matçında isə qapılara qol vurulmayıb - 0:0. “Dənizlispor”–“Sivasspor” oyunu 1:1 hesablı bərabərliklə bitib.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 75 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 69 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə onunla eyni xala malik olan “Fənərbağça” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.