İDMAN


Türkiyə Superliqası: “Sivasspor” qələbə qazanaraq liderliyə yüksəlib

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 21-də Türkiyə Superliqasının XXIII turunun birinci qarşılaşmasında “Sivasspor” öz meydanında “Alanyaspor”u qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə meydan sahibləri minimal hesabla qalib gəlib. Oyunda yeganə qolu 9-cu dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Mert Hakan Yandaş vurub.

Hazırda Türkiyə çempionatında turnir cədvəlinə 45 xalla “Sivasspor” klubu liderlik edir. “Trabzonspor” 44 xalla ikinci, “Başakşəhər” isə 43 xalla üçüncü pillədədir. Sonrakı yerlərdə “Qalatasaray” (42 xal), “Alanyaspor” (39 xal), “Fənərbağça” (38 xal), “Beşiktaş” (36 xal) və digər komandalar qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.