İDMAN


Türkiyə Superliqası: “Trabzonspor” qələbə qazanıb, “Başakşəhər” isə xal itirib

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 23-də futbol üzrə Türkiyə çempionatının XXI turu çərçivəsində keçirilən qarşılaşmada “Başakşəhər” doğma meydanda “Rizəspor”u qəbul edib.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib – 1:1. Meydan sahibinin qolunu Mehmet Topal, Rizə klubunun qolunu isə Samu vurub.

Günün digər matçında “Trabzonspor” səfərdə “Gənclərbirliyi”ni 2:1 hesabı ilə üstələyib.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 41 xalla “Beşiktaş” başçılıq edir. Ondan iki xal geri qalan “Fənərbağça” ikinci, “Qalatasaray” isə 36 xalla üçüncü pillədə qərarlaşıb.

Turun növbəti oyunları yanvarın 24 və 25-də keçiriləcək.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXI turda “Ərzurumspor” istirahət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.