İDMAN


Türkiyə Superliqası: “Trabzonspor” doğma meydanda “Fənərbağça”nı 3:1 hesabı ilə məğlub edib

Bakı, 18 oktyabr, AZƏRTAC

Futbol üzrə Türkiyə çempionatının IX turu çərçivəsində keçirilən qarşılaşmada “Trabzonspor” doğma meydanda “Fənərbağça”nı qəbul edib.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 3-cü dəqiqədə qonaqların hücumçusu Dieqo Rossi açıb. Lakin meydan sahiblərinin futbolçusu Anastasios Bakasetas 25-ci dəqiqədə hesabı bərabərləşdirib. Matçın 87-ci dəqiqəsində A.Bakasetas komandasının və özünün ikinci qolunu vurub. Bundan dörd dəqiqə sonra Trabzon təmsilçisinin hücumçusu Yusuf Sari hesab arasındakı fərqi artırıb.

Beləliklə, "Trabzonspor" doğma meydanda "Fənərbağça"nı 3:1 hesabı ilə məğlub edib.

Günün digər oyunlarında "Qalatasaray" öz meydanında "Konyaspor"u minimal hesabla məğlub edib - 1:0. "Fatih Karagümrük" isə səfərdə "Altay"ı 1:0 hesabı ilə üstələyib. "Göztəpə" də rəqib meydanda "Kasımpaşa"nı 2:1 hesabı ilə udub.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 21 xalla "Trabzonspor" başçılıq edir. Ondan iki xal geri qalan "Fənərbağça" ikinci, 17 xal toplayan "Beşiktaş" isə üçüncü pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.