İDMAN


Türkiyə Superliqası: “Trabzonspor” öz meydanında qalib gəlib, “Qalatasaray” isə xal itirib

Bakı, 26 avqust, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasında ikinci tur çərçivəsində növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, UEFA Avropa Liqasında çıxışını davam etdirən “Trabzonspor” öz meydanında “Yeni Malatyaspor”u qəbul edib. Görüş trabzonsporluların 2:1 hesablı qalibiyyəti ilə başa çatıb.

Qarşılaşmada meydan sahibləri Abdulla Ömür (45) və Joa Pereyranın (78) vurduğu qollarla hesabda irəli olsalar da, qonaqların heyətində 89-cu dəqiqədə Eren Tozlu fərqlənərək bu toplardan birinin əvəzini çıxıb. Matçda “Trabzonspor” yeni mövsümdə ilk qələbəsini qazanıb.

Digər görüşdə son çempion İstanbulun “Qalatasaray” komandası Türk Telekom stadionunda “Konyaspor”la qarşılaşıb. Matçda meydan sahibləri 60-cı dəqiqədə Rayan Babelin qolu ilə hesabı açıb. Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə isə qonaqlar hesabı bərabərləşdiriblər – 1:1. Yetmiş dördüncü dəqiqədə İstanbul təmsilçisinin oyunçusu Jan Mişel Serinin qırmızı kartla cəzalandırıldığı matçda “Konyaspor”lu Jens Jonsson (90+6) fərqlənib. Beləliklə, baş məşqçi Fatih Terimin yetirmələri çempionatda növbəti dəfə xal itiriblər.

Xatırladaq ki, ikinci turda çempionluğa iddialı komandalardan “Beşiktaş” öz meyanında “Göztəpə”ni 3:0, “Fənərbağça” isə səfərdə “Başakşəhər”i 2:1 hesabı ilə məğlub edib.

Bu gün keçirilən “Rizəspor” – “Sivasspor” qarşılaşmasında meydan sahibləri 2:1 hesabı ilə üstün olublar. “Antalyaspor” –“Dənizlispor” matçı qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.

Tura avqustun 26-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.