İDMAN


Türkiyə Superliqası: "Beşiktaş" doğma meydanda "Hatayspor"u darmadağın edib

Bakı, 2 may, AZƏRTAC

Mayın 1-də futbol üzrə Türkiyə çempionatının 39-cu turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” doğma meydanda “Hatayspor”u qəbul edib.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqları 7:0 hesabı ilə məğlub edib. İstanbul təmsilçisinin qollarını Babayide David (öz qapısına, 2-ci dəqiqə), Kayl Larin (11, 14, 55, 65), Georges Kevin Nkoudou (38) və Rıdvan Yılmaz (44) vurublar.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 81 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 73 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 72 xala malik olan “Qalatasaray" qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.