İDMAN


Türkiyə Superliqası: "Beşiktaş" öz meydanda darmadağın olub

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 27-də futbol üzrə Türkiyə çempionatının XIV turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş" doğma meydanda “Giresunspor”u qəbul edib.

AZƏRTAC xəbər verir ki, gərgin keçən görüşdə qonaq komanda İstanbul təmsilçisinin qapısından dörd cavabsız top keçirib.

Günün digər matçlarında isə "Alanyaspor" səfərdə "Antalyaspor"a 3:0 hesabı ilə məğlub olub. "Rizəspor" isə doğma meydanda "Kayserispor"u minimal hesabla məğlub edib - 1:0.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 33 xalla "Trabzonspor" başçılıq edir. Ondan yeddi xal geri qalan "Hatayspor" ikinci, sonuncu ilə eyni xala malik olan "Konyaspor" isə üçüncü pillələrdə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.