İDMAN


Türkiyə Superliqası: "Fənərbağça" komandası "Hatayspor"la heç-heçə edib

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də futbol üzrə Türkiyə çempionatının ikinci turunun sonuncu qarşılaşmasında “Fənarbağça” doğma meydanda “Hatayspor”u qəbul edib.

AZƏRTAC xəbər verir ki, gərgin keçən görüşdə qapılar toxunulmaz qalıb. “Hatayspor”un heyətində Ruben Ribeyro və İsak Sackey qırmızı vərəqə alaraq komandalarını meydanda azlıqda qoyublar.

Beləliklə, “Fənərbağça” “Hatayspor”un 9 nəfəri ilə bacarmayıb.

İkinci turun yekun nəticələrinə görə Türkiyə Superliqasında hazırda turnir cədvəlinə 6 xalla “Qalatasaray” klubu liderlik edir. Onunla eyni xala malik olan “Alanyaspor” komandası isə ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışacaq. İkinci turda “Ankaragücü” istirahət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.