İDMAN


Türkiyə Superliqası: "Fənərbağça" növbəti dəfə çempionatda xal itirib

Bakı, 4 dekabr, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasının XIV turunda "Fənərbağça" turnir cədvəlində ikinci sırada qərarlaşan "Kasımpaşa"nı qəbul edib.

AZƏRTAC xəbər verir ki, meydan sahiblərinin çempionatın ən çox qol vuran komandası ilə qarşılaşması 2:2 hesablı heç-heçə başa çatıb.

Oyunda "Fənərbağça"nın heyətində 44-cü dəqiqədə Roman Neustadter fərqlənib. Qonaqların heyətində Mbaye Diagne (22,54) dubl edib, Ozgur Cek isə 45-ci dəqiqədə topu öz qapısından keçirib.

Bu matçdan sonra "Kasımpaşa" xallarının sayını 26-ya çatdıraraq ikinci pillədəki mövqeyini möhkəmləndirib. Komanda, eyni zamanda, çempionatın lideri "Başakşəhər"lə arasındakı xal fərqini dördə qədər azaldıb.

On dörd xala malik olan "Fənərbağça" isə 15-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, “sarı-lacivərdlilər” bu mövsüm öz meydanında oynadığı matçlarda cəmi 8 xal toplaya bilib.

Xatırladaq ki, dekabrın 2-də çempionluq uğrunda yarışan komandaların görüşündə “Beşiktaş” “Qalatasaray”ı İstanbul derbisində 1:0 hesabı ilə məğlub edərək üçüncü pilləyə yüksəlib.

On dörd turdan sonra hesabında 30 xal olan "Başakşəhər" çempionata başçılıq edir. Hesablarında 24 xal olan "Beşiktaş" və "Qalatasaray" üçüncü, dördüncü yerləri bölüşürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.