İDMAN


Türkiyə Superliqası: "Qalatasaray" doğma meydanda qələbə qazanaraq liderliyini qoruyub

Türkiyə Superliqası:

Bakı, 28 fevral, AZƏRTAC

Fevralın 27-da futbol üzrə Türkiyə çempionatının XXVII turunun ikinci gün qarşılaşmasında "Qalatasaray" doğma meydanda "Ərzurumspor"u qəbul edib.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücum şəraitində keçən görüşdə "Qalatasaray" qonaqların qapısından iki cavabsız top keçirib. İstanbul təmsilçilərinin qollarını hər ikisini Mustafa Məhəmməd vurub.

Günün digər matçında "Fatih Karagümrük" öz meydanında "Alanyaspor"u məğlub edib – 2:0. "Ankaragücü" isə səfərdə "Hatayspor"a 4:1 hesabı ilə uduzub. "Antalyaspor" – "Başakşəhər" və "Rizəspor" – "Sivasspor" oyunlarında isə qapılara top vurulmayıb.

Tura "Göztəpə" - "Kasımpaşa" və "Trabzonspor" – "Fənərbağça" matçları ilə yekun vurulacaq.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 57 xalla "Qalatasaray" başçılıq edir. İkinci pillədə 54 xala malik olan "Beşiktaş", üçüncü pillədə isə onunla 51 xal toplayan "Fənərbağça" qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXVII turda "Kayserispor" istirahət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.