İDMAN


Türkiyə Superliqası: "Qalatasaray" qalib gəlib, "Alanyaspor" isə məğlub olub

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-da futbol üzrə Türkiyə çempionatının XI turunun ikinci gün qarşılaşmasında "Qalatasaray" doğma meydanda "Hatayspor"u qəbul edib.

AZƏRTAC xəbər verir ki, gərgin keçən görüşdə hesabı meydan sahibləri rəqibin qapısından üç cavabsız qol keçirib. İstanbul təmsilçisinin qollarını Mbaye Caqne (32), Pablo (64 öz qapısına) və Məhəmməd Aktürkoğlu (90+2) vurub.

Günün digər matçlarında isə "Gənclərbirliyi" doğma meydanda lider "Alanyaspor"u 2:1 hesabı ilə məğlub edib. "Ərzurumspor" isə səfərdə "Konyaspor"a iki cavabsız qolla uduzub. "Göztəpə" - "Kayserispor" və "Yeni Malatyaspor" - "Başakşəhər" matçları 1:1 hesablı bərabərliklə bitib.

Hazırda çempionatın turnir cədvəlinə 23 xalla "Alanyaspor" başçılıq edir. Onunla eyni xala malik olan "Qalatasaray" ikinci, 20 xal toplayan "Fənərbağça" isə üçüncü pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.