İDMAN
Türkiyə Superliqası: "Qalatasaray" səfərdə qələbə qazanaraq ikinci pilləyə yüksəlib
Bakı, 3 may, AZƏRTAC
Mayın 2-də futbol üzrə Türkiyə çempionatının XXXVII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” səfərdə “Gənclərbirliyi”nin qonağı olub.
AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqların qapısından iki cavabsız top keçirib. İstanbul təmsilçisinin qollarını Halil Dərvişoğlu və Emre Akbaba vurub.
Günün digər matçlarında isə "Konyaspor" doğma meydanda "Fatih Karagümrük"ü 5:1 hesabı ilə üstələyib. "Rizəspor" isə səfərdə "Dənizlispor"u minimal hesabla udub. "Göztəpə"də səfər oyununda "Antalyaspor"u 3:2 hesabı ilə məğlub edib.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 81 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 75 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 73 xala malik olan “Fənərbağça” qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]