İDMAN


Türkiyə Superliqası: "Qalatasaray" və "Beşiktaş" XXI turda qələbə qazanıb

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 24-də futbol üzrə Türkiyə çempionatının XXI turu çərçivəsində keçirilən qarşılaşmada "Qalatasaray" səfərdə "Yeni Malatyaspor"un qonağı olub.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüş qonaqların minimal hesablı qələbəsi ilə bitib – 0:1. İstanbul klubunun qolunu Rayan Babel vurub.

Günün digər matçında isə "Beşiktaş" doğma meydanda "Göztəpə"ni 2:1 hesabı ilə üstələyib. "Fatih Karagümrük" səfərdə "Dənizlispor"u 1:2 hesabı ilə udub. "Qaziantep" - "Hatayspor" (1:1) matçında və "Konyaspor" - "Antalyaspor" (0:0) görüşündə heç-heçə qeydə alınıb.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 44 xalla "Beşiktaş" başçılıq edir. İkinci pillədə 39 xal toplayan "Qalatasaray", üçüncü pillədə isə onunla eyni xala malik olan "Fənərbağça" qərarlaşıb.

Turun növbəti oyunları bu gün keçiriləcək.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXI turda "Ərzurumspor" istirahət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.