İDMAN


Türkiyə Superliqası: "Qalatasaray" yeni mövsümə qələbə ilə başlayıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də futbol üzrə Türkiyə çempionatının birinci turunun ikinci oyun günündə "Qalatasaray" doğma meydanda "Qaziantep"i qəbul edib.

AZƏRTAC xəbər verir ki, "Türk Telekom" stadionunda keçirilən görüşə meydan sahibləri fəal başlayıblar. Qarşılaşmanın 8-ci dəqiqəsində İstanbul təmsilçisinin hücumçusu Radamel Falkao hesabı açıb. İstanbullular matçın 28-ci və 40-cı dəqiqələrində fərqlənərək komandalarının qələbəsini rəsmiləşdiriblər. "Qalatasaray"ın qollarını Emre Kılınç və Radamel Falkao vurub. "Qaziantep" vurulan qollardan birinin əvəzini çıxsa da məğlubiyyətdən xilas ola bilməyiblər.

Beləliklə, "Qalatasaray" Türkiyə çempionatının birinci turuna qələbə ilə başlayıb.

Yeni mövsümdə Superliqada 21 komanda yarışır. Birinci turda "Konyaspor" istirahət edir.

Turun digər oyunlarında "Fatih Karagümrük" doğma meydanda "Yeni Malatyaspor"un qapısından üç cavabsız qol keçirib. "Sivasspor" isə öz meydanında "Alanyaspor"a iki cavabsız qolla uduzub. "Göztəpə" isə "Dənizlispor"u 5:1 hesabı ilə darmadağın edib.

Turun digər matçları sentyabrın 13-də "Ankaragücü" - "Ərzurumspor", "Kayserispor" - "Kasımpaşa", "Antalyaspor" – "Gənclərbirliyi" və

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.