İDMAN


Türkiyə Superliqası: "Trabzonspor" və "Başakşəhər" XIX turda xal itiriblər

Bakı, 16 yanvar, AZƏRTAC

Yanvarın 16-da futbol üzrə Türkiyə çempionatının XIX turunun ikinci gün qarşılaşmasında "Trabzonspor" səfərdə "Antalyaspor"un qonağı olub.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib – 1:1. Antalya təmsilçinin qolunu Amilton vurub. “Trabzon” klubunun heyətində isə Benik Afobe fərqlənib.

Günün digər matçında isə "Qaziantep" doğma meydanda "Kayserispor"u 2:1 hesabı ilə məğlub edib. "Göztəpə" isə səfərdə "Konyaspor"u 3:2 hesabı ilə üstələyib. "Başakşəhər" - "Sivasspor" matçında isə 1:1 hesablı bərabərlik qeydə alınıb.

Turun yanvarın 17 və 18-də keçiriləcək digər oyunları aşağıdakılardır:

"Dənizlispor" – "Hatayspor";

"Yeni Malatyaspor" - "Rizəspor";

"Beşiktaş" – "Qalatasaray";

"Fənərbağça" - "Ankaragücü";

"Kasımpaşa" - "Ərzurumspor":

Hazırda Türkiyə Superliqasına 35 xalla "Beşiktaş" başçılıq edir. Onunla eyni xal toplayan "Fənərbağça" ikinci, "Qaziantep" isə 34 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XV turda "Alanyaspor" istirahət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.