İDMAN


Türkiyə Superliqası: səfərdə qalib gələn “Qalatasaray” turnir cədvəlində ikinci sıraya yüksəlib

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da futbol üzrə Türkiyə Superliqasının XII turunda turnir cədvəlində üçüncü pillədə yer alan “Qalatasaray” səfərdə “Kayserispor”la qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matçda İstanbul təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Baş hakim Ümit Öztürkün idarə etdiyi oyunda hesab 18-ci dəqiqədə Henry Onyekurunun vurduğu qolla açılıb. İlk hissə “Qalatasaray”ın 1:0 üstünlüyü ilə başa çatıb.

Fasilədən sonra Henry Onyekuru 75-ci dəqiqədə matçda dubl edərək hesab arasındakı fərqi ikiyə çatdırıb. Oyunda sonuncu qolu rəqib qapısından Marianonun ötürməsindən sonra Ömər Bayram keçirib.

Bu gün keçirilmiş digər görüşdə lider “Başakşəhər” komandası səfərdə “Rizespor”a 2:1 hesabı ilə qalib gəlib. Ötən gün oynanılan görüşdə “Yeni Malatyaspor” “Trabzonspor”u 5:0 hesabı ilə məğlub edib.

Bugünkü oyundakı qalibiyyətdən sonra hesabındakı xallarının sayını 23-ə çatdıran “Qalatasaray” turnir cədvəlində ikinci sıraya yüksəlib. “Başakşəhər” 27 xalla çempionatın vahid lideridir. Hesabında 21 xal olan “Yeni Malatyaspor” komandası üçüncü sırada qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.