İDMAN


Türkiyə Superliqasında “Qalatasaray” qələbə qazanıb, “Beşiktaş” və "Fənərbağça" isə rəqiblərinə məğlub olublar

Bakı, 12 may, AZƏRTAC

Futbol üzrə Türkiyə çempionatında növbəti oyunlar keçirilib. Superliqanın 39-cu turunda "Qalatasaray" səfərdə "Dənizlispor"un qonağı olub.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu 4:1 hesabı ilə qalib gəlib.

"Fənərbağça" öz meydanında "Sivasspor"a 2:1 hesabı ilə uduzub. "Beşiktaş" isə “Vodafone Park” stadionunda "Fatih Karagümrük"ə 2:1 hesabı ilə məğlub olub.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Konyaspor" - "Trabzonspor" - 1:1;

"Alanyaspor" - "Ərzurumspor" - 2:3;

"Qaziantep" - "Rizəspor" - 4:5;

"Gənclərbirliyi" - "Göztəpə" - 5:3;

"Başakşəhər" - "Kayserispor" - 0:0;

"Kasımpaşa" - "Ankaragücü" - 3:1;

"Yeni Malatyaspor" - "Hatayspor" - 1:1:

Qeyd edək ki, hazırda Türkiyə Superliqasının turnir cədvəlində 81 xalla “Beşiktaş” liderlik edir. Onunla eyni xal toplayan “Qalatasaray” ikinci, 79 xalı olan “Fənərbağça" isə üçüncü pillədə qərarlaşıb.

Bu çempionatda son turun oyunları mayın 15-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.