İDMAN
Türkiyə Superliqasında beşinci tura start verilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasının V turunun ilk qarşılaşmasında “Konyaspor” səfərdə “Göztəpə”nin qonağı olub.
AZƏRTAC xəbər verir ki, “Bornova” stadionunda baş tutan görüş tərəflərin qarşılıqlı hücumları ilə yadda qalıb. Lakin görüşün birinci hissəsində qol vurulmayıb. İkinci hissədə oyunun 50-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıblar. Andre Pokoya kobud oyununa görə hakim qırmızı vərəqə göstərib. Lakin “Göztəpə” 76-cı dəqiqədə hesabı açmağa nail olub. “Konyaspor”un müdafiəçisi Marin Anicicin öz qapısı qarşısında kobud oyununa görə hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Alpaslan Öztürk cərimə zərbəsini dəqiq yerinə yetirib. Beləliklə “Göztəpə” doğma meydanda “Konyaspor”u 1:0 hesabı ilə məğlub edib.
Bu oyundan sonra “Göztəpə” çempionatda 5 xalla 12-ci pillədə qərarlaşıb. “Konyaspor” isə 6 xalla 9-cu olub.
Turun digər qarşılaşmaları sentyabrın 21, 22 və 23-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]
“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik
- 23.04.2024 [11:20]
Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram
- 23.04.2024 [11:01]
Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq
- 23.04.2024 [10:12]
Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir
- 23.04.2024 [01:08]
“İnter” 20-ci dəfə futbol üzrə İtaliya çempionu olub
- 22.04.2024 [23:01]