İDMAN


Türkiyə Superliqasının VIII turuna yekun vurulub

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabr 21-də futbol üzrə Türkiyə Superliqasının VIII turunun son oyununda “Yeni Malatyaspor” səfərdə “Konyaspor”un qonağı olub.

AZƏRTAC xəbər verir ki, “Konya Böyük Şəhər” stadionunda baş tutan görüş hər iki tərəfin maraqlı oyunu ilə yadda qalıb. Qarşılaşmanın 1-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Sərkan Kırıntılı qırmızı vərəqə alaraq meydandan qovulub. Cəmi 3 dəqiqə sonra qonaqların yarımmüdafiəçisi Güilherme komandasını hesabda irəli keçirib. Birinci hissə elə bu hesabla bitib. Malatya təmsilçisi bir daha matçın 52-ci dəqiqəsində fərqlənib. Robin Yalçın oyunda son nöqtəni qoyub.

Beləliklə “Yeni Malatyaspor” səfərdə “Konyaspor”u 0:2 hesabı ilə məğlub edib.

VIII turun son oyunundan sonra turnir cədvəlində “Alanyaspor” 17 xalla liderdir. “Trabzonspor” çempionatda 15 xalla ikinci, “Fənərbağça” isə 14 xalla üçüncü pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.