İDMAN


Türkiyə Superliqasının XIX turuna start verilib

Bakı, 15 yanvar, AZƏRTAC

Yanvarın 15-də futbol üzrə Türkiyə çempionatının XIX turunun ilk qarşılaşmasında “Fatih Karagümrük” səfərdə “Gənclərbirliyi”nin qonağı olub.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 22-ci dəqiqədə qonaq komandanın yarımmüdafiəçisi Lukas Biqlia açıb. Oyunun 36-cı dəqiqəsində “Fatih Karagümrük”ün digər yarımmüdafiəçisi Alassane Ndao komandasının ikinci qolunu vurub. Matçın 74-cü dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Robert Piris vurulan qollardan birinin əvəzini çıxıb. Lakin qonaqların hücumçusu Artur Sobieç qarşılaşmanın 88-ci dəqiqəsində “Gənclərbirliyi”ni yenidən meydanın mərkəzinə dəvət edib. Beləliklə, oyun 3:1 hesabı ilə “Fatih Karagümrük”ün xeyrinə bitib.

Turun yanvarın 16, 17 və 18-də keçiriləcək digər oyunları aşağıdakılardır:

“Konyaspor” – “Göztəpə”;

“Qaziantep” – “Kayserispor”;

“Başakşəhər”- “Sivasspor”;

“Alanyaspor” – “Trabzonspor”;

“Dənizlispor” – “Hatayspor”;

“Yeni Malatyaspor” – “Rizəspor”;

“Beşiktaş” – “Qalatasaray”;

“Fənərbağça” – “Ankaragücü”;

“Kasımpaşa” – “Ərzurumspor”.

Hazırda Türkiyə Superliqasına 35 xalla “Beşiktaş” başçılıq edir. Onunla eyni xal toplayan “Fənərbağça” ikinci, “Qalatasaray” isə 33 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XV turda “Antalyaspor” istirahət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.