İDMAN


Türkiyə Superliqasının XVIII turu: “Qalatasaray” və “Trabzonspor” qalib olub

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da Türkiyə Superliqasının XVIII turu çərçivəsində keçirilən oyunda “Beşiktaş” doğma meydanda “Sivasspor”u qəbul edib.

AZƏRTAC xəbər verir ki, “Vodafon Park” arenasında keçirilən oyunda İstanbul təmsilçilərinin 1:2 hesabı ilə məğlub olublar. Matçda sivaslıların qollarını Ərdoğan Yaşılyurd və Mustafa Yatabare vurub. “Beşiktaş”ın yeganə qolunun müəllifi isə Adəm Lyayiç olub.

Günün digər qarşılaşmalarında “Qalatasaray” doğma divarlar arasında “Dənizlispor”u 2:1 hesabla məğlub edib. “Göztəpə” səfərdə “Antalyaspor”u 0:3 hesabı ilə udub. “Trabzonspor” isə “Kasımpaşa”nın qapısından altı cavabsız qol keçirib.

Tura yanvarın 20-də yekun vurulacaq.

Hazırda turnir cədvəlində “Sivasspor” klubu 40 xalla vahid liderdir. “İstanbul Başakşəhər” 36 xalla ikinci, “Trabzonspor” isə 35 xalla üçüncüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.