İDMAN


Türkiyə Superliqasının XXII turuna yekun vurulub

Bakı, 18 fevral, AZƏRTAC

Fevralın 17-də Türkiyə Superliqasının XXII turunun son oyununda “Antalyaspor” doğma meydanda “Kasımpaşa”nı qəbul edib.

AZƏRTAC xəbər verir ki, qarşılaşmada meydan sahibləri 3:1 hesabı ilə qələbə qazanaraq turnir cədvəlinin təhlükəli zonasından çıxıb.

Günün digər oyununda isə “Rizəspor” səfərdə “Qaziantep”ə 2:0 hesabı ilə uduzub.

Türkiyə çempionatında hazırda turnir cədvəlinə 44 xalla “Trabzonspor” liderlik edir. “Başakşəhər” 43 xalla ikinci pillədədir. İlk üçlüyü 42 xalla “Qalatasaray” qapayır. Sonrakı yerlərdə “Sivasspor” (42 xal), “Alanyaspor” (39 xal), “Fənərbağça” (38 xal) və “Beşiktaş” (36 xal) qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.