İDMAN


Türkiyə Superliqasının XXVI turuna yekun vurulub

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 22-də futbol üzrə Türkiyə çempionatının XXVI turunun sonuncu qarşılaşmasında "Ankaragücü" doğma meydanda "Rizəspor"u qəbul edib.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib – 1:1.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 54 xalla "Qalatasaray" başçılıq edir. İkinci pillədə 51 xal toplayan "Beşiktaş", üçüncü pillədə isə onunla eyni xala malik olan "Fənərbağça" qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXVI turda "Beşiktaş" istirahət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.