İDMAN


Türkiyə Superliqasının ikinci turuna start verilib

Bakı, 18 sentyabr, AZƏRTAC

Bu gün futbol üzrə Türkiyə çempionatının ikinci turunun birinci qarşılaşmasında "Yeni Malatyaspor" doğma meydana "Göztəpə" ilə üz-üzə gəlib.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə klublar hər biri bir qol vurmaqla heç-heçə ediblər.

Beləliklə, Türkiyə çempionatının ikinci turunun birinci qarşılaşmasında qalib müəyənləşməyib – 1:1.

Turun digər oyunları aşağıdakılardır:

"Gənclərbirliyi"-"Konyaspor"

"Dənizlispor"- "Trabzonspor"

"Alanyaspor"- "Kayserispor"

"Beşiktaş"- "Antalyaspor"

"Ərzurumspor"- "Sivasspor"

"Kasımpaşa"-"Rizəspor"

"Qaziantep"-"Fatih Karagümrük"

"Başakşəhər"-"Qalatasaray"

"Fənərbağça"-"Hatayspor".

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışacaq. İkinci turda "Ankaragücü" istirahət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.