DÜNYA


Türkiyə-Suriya sərhədində terror aktı törədilib

İstanbul, 26 yanvar, AZƏRTAC

Yanvarın 26-da Türkiyə-Suriya sərhədində terror aktı törədilib.

AZƏRTAC xəbər verir ki, hadisə Suriyanın Azez rayonunda baş verib.

İlkin məlumata görə, terrorçular tərəfindən partlayıcı maddənin işə salınması nəticəsində 5 nəfər həlak olub, onlarla adam yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Ölü sayının artması istisna edilmir.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin əməkdaşları hücumun YPG / PKK terror təşkilatı tərəfindən təşkil olunduğunu ehtimal edirlər.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.