DÜNYA


Türkiyə-Suriya sərhədində tikilən səddin inşası başa çatır

Bakı, 22 sentyabr, AZƏRTAC

Türkiyə Suriya ilə sərhəddə tikilən 828 kilometrlik modul səddin inşasını sentyabrın sonlarında başa çatdıracaq.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda səddin 731 kilometrlik hissəsinin inşası yekunlaşıb. Hündürlüyü 3 metrə, eni 2 metrə çatan səddin tikintisi 2015-ci ildə başlayıb.

Həmçinin iki ölkə arasında sərhədin təhlükəsizliyini təmin etmək məqsədilə əlavə tədbirlər də görülüb. Bu məqsədlə sədd tikanlı məftillə gücləndirilib, orada müşahidə qüllələri quraşdırıb və yaxınlıqda təcili reaksiya gücləri dislokasiya olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.