İDMAN
Türkiyə-Uels matçını portuqaliyalı hakim idarə edəcək
Bakı, 14 iyun, AZƏRTAC
Futbol üzrə Avropa çempionatının A qrupu çərçivəsində iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə-Uels oyunu idarə edəcək hakimlər briqadasının tərkibi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanın baş hakimi portuqaliyalı Artur Diaş olacaq. Ona həmyerliləri Rui Taveres və Paulu Soareş kömək edəcək. Dördüncü hakim funksiyasını polşalı Bartoş Frankovski yerinə yetirəcək. Videonəzarət sistemi (VAR) üzrə hakim isə portuqaliyalı Joau Pineyro olacaq.
Türkiyə - Uels matçı saat 20:00-da başlayacaq.
Xatırladaq ki, Türkiyə millisi çempionatın açılış matçında Romada İtaliya yığmasına 0:3 hesabı ilə uduzub. Uels seçməsi isə Bakı Olimpiya Stadionunda İsveçrə yığması ilə heç-heçə edib – 1:1.
Bakı Olimpiya Stadionu iyunun 20-də İsveçrə-Türkiyə görüşünə ev sahibliyi edəcək. İyulun 3-də isə çempionatın dörddəbir final mərhələsinin bir qarşılaşması Bakıda oynanılacaq.
“Avro-2020”nin final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]