DÜNYA


Türkiyə XİN: ABŞ Dövlət departamentinin dini azadlıqlara aid raportunda ölkəmizə dair bölmə obyektivlikdən uzaqdır

Ankara, 14 may, AZƏRTAC

ABŞ Dövlət departamentinin “2020-ci ilə dair beynəlxalq dini azadlıqlar haqqında raport”unda Türkiyədə dair bölmə obyektivlikdən uzaq bir şəkildə qələmə alınıb. Türkiyə hər zaman fərqli dini inanclara sahib tərəflərin sülh və rahatlıq içində yaşadığı ictimai zənginliyə sahib olub.

AZƏRTAC xəbər verir ki, bu ifadələr sözügedən məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.

Türkiyədə bütün vətəndaşların din və ibadət azadlığının daha da inkişafı üçün sözdə deyil, reallıqda addımlar atıldığının diqqətə çatdırıldığı açıqlamada bildirilir ki, cari il martın 2-də qəbul edilmiş Türkiyədə “İnsan Haqlarının Fəaliyyəti Proqramı”nda din və vicdan azadlığının müdafiəsi ilə məşğul olan təşkilatların işinin azad və rahatlığı üçün hədəflərə geniş yer verilib. Bütün vətəndaşlarımızın din və ibadət azadlığının qorunması istiqamətində sərgilədiyimiz iradə tamdır və bundan sonra da eyni şəkildə davam edəcəkdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.