Türkiyə XİN: Anadolu Agentliyinin Qahirə bürosunun həbs olunan əməkdaşları dərhal azadlığa buraxılmalıdır
AzerTAg.az
15.01.2020 [18:23]
Ankara, 15 yanvar, AZƏRTAC
Misir təhlükəsizlik qüvvələri tərəfindən Anadolu Agentliyinin Qahirə ofisinə hücum edilməsi və əməkdaşların bəzilərinin əsassız şəkildə həbs edilməsi Türkiyə mətbuatına qarşı təcavüz hərəkətidir və bunu kəskin şəkildə qınayırıq.
AZƏRTAC xəbər verir ki, bu fikir Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb. Açıqlamada bildirilir ki, Anadolu Agentliyinə qarşı bu yolverilməz hərəkət təkcə mətbuat azadlığına deyil, demokratik prinsiplərə ziddir. Söz və mətbuat azadlığına həssas olan Qərb ölkələri bu hadisəyə göz yummamalıdır. XİN ümid edir ki, həbs olunan əməkdaşlar dərhal azadlığa buraxılacaqlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
24.01.2021 [20:16]
24.01.2021 [18:56]
24.01.2021 [17:15]
24.01.2021 [16:48]

MULTİMEDİA
24.01.2021 [18:16]
24.01.2021 [14:35]
24.01.2021 [14:30]
19.01.2021
24.01.2021 [18:18]
24.01.2021 [15:17]
24.01.2021 [15:13]
24.01.2021 [14:45]
23.01.2021 [16:59]
23.01.2021 [16:09]
23.01.2021 [14:17]
24.01.2021 [13:43]
24.01.2021 [09:29]
23.01.2021 [17:23]
24.01.2021 [16:07]
24.01.2021 [13:06]
23.01.2021 [20:48]
22.01.2021 [13:23]
21.01.2021 [12:51]
19.01.2021 [11:09]
24.01.2021 [14:49]
24.01.2021 [04:25]
23.01.2021 [19:02]
24.01.2021 [17:31]
24.01.2021 [12:15]
23.01.2021 [18:28]
24.01.2021 [15:52]
24.01.2021 [13:20]
Xəbərin mətnində orfoqrafik səhv var