SİYASƏT


Türkiyə XİN: Ermənistan təcavüzkar hərəkətlərinin nəticəsini yaxşı dərk etməlidir

Ankara, 16 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin işğal altındakı Qubadlı rayonundan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket hücumunu kəskin şəkildə qınayırıq. Ermənistan işğal etdiyi torpaqlarda məğlubiyyətlə üzləşməsi səbəbindən təcavüzkarlığını getdikcə daha da artırması müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında yer alıb.

Açıqlamada deyilir: “Ortaq sərhədimiz olan Naxçıvan Muxtar Respublikasına hücum münaqişənin Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarından kənara çıxarmaq cəhdinin yeni və təhlükəli nümunəsidir. Ermənistan bu təhlükəli təxribatlardan əl çəkməlidir.

Humanitar atəşkəsi pozan Ermənistan mülki əhaliyə hücumlar edərək müharibə cinayətləri törədir, eyni zamanda, döyüşləri başqa sahələrə çıxarmağa cəhd göstərir. Ermənistan bu təcavüzkar hərəkətlərinin nəticəsini yaxşı dərk etməlidir.

Can Azərbaycanla və azərbaycanlı qardaşlarımızla həmrəyliyimiz hər zaman davam edəcəkdir”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.