DÜNYA


Türkiyə XİN İsrailə başsağlığı verib

Ankara, 30 aprel, AZƏRTAC

Türkiyə Xarici İşlər Nazirliyi aprelin 30-na keçən gecə Meron dağında Laq ba-Omer dini bayramında baş vermiş faciə ilə əlaqədar İsrailə başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, Türkiyə XİN-in bununla bağlı açıqlamasında deyilir: “Bu kədərli hadisə ilə əlaqədar İsrail xalqına və hökumətinə başsağlığımızı çatdırır, yaralılara təcili şəfa diləyirik”.

Qeyd edək ki, bayram mərasimində tribunanın çökməsi nəticəsində basırıq yaranıb. Mərasimdə 100 mindən çox insan iştirak edib. Ən son məlumata görə, hadisə nəticəsində aralarında uşaqlar da olmaqla, 44 nəfər həyatını itirib, azı 150 nəfər yaralanıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.