DÜNYA


Türkiyə XİN: Trampın 1915-ci il hadisələri ilə bağlı açıqlamasını rədd edirik

Ankara, 24 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı açıqlamasını rədd edirik.

AZƏRTAC xəbər verir ki, bu fikir Türkiyə Xarici İşlər Nazirliyinin Prezident Donald Trampın açıqlaması ilə bağlı bəyanatında yer alıb. Nazirliyin rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir ki, ermənilərin uydurduğu subyektiv mülahizələrə əsaslanan fikirlərin heç bir dəyəri yoxdur. Tarixdə baş verənlərin siyasi ambisiyalarla şərh olunması qəbuledilməzdir. Həmin dövrdə erməni silahlı üsyançıları tərəfindən qətlə yetirilən 500 mindən çox müsəlmanın acısını bir daha xatırlayır və Prezident Trampı ədalətli olmağa dəvət edirik.

Açıqlamada qeyd olunur ki, Türkiyə 104 il əvvəl baş verən hadisələrin araşdırılması üçün Birgə Tarixi Komissiyanın yaradılması təklifinin arxasındadır. Bildirilir ki, 1915-ci il hadisələrinə görə məsuliyyət daşıyanları unutdurmaq istəyən radikal ermənilər məsələnin həlli üçün irəli sürülən təklifin gerçəkləşməsinə cəsarət göstərmirlər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.