SİYASƏT


Türkiyə XİN: Xocalı soyqırımını və Azərbaycan torpaqlarının işğalını kəskin şəkildə qınayırıq

Ankara, 26 fevral, AZƏRTAC

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar türk və ingilis dillərində açıqlama yayıb.

AZƏRTAC Türkiyə XİN-ə istinadla xəbər verir ki, açıqlamada deyilir:

“Ermənistan silahlılarının 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə hücumu nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, ümumilikdə, 613 mülki azərbaycanlı qəddarcasına qətlə yetirilib, yüzlərlə insan yaralanıb. Mindən çox insan Ermənistan tərəfindən əsir götürülüb. İtkin düşənlərin taleyi barədə hələ də məlumat yoxdur. Mülki əhaliyə qarşı törədilən insanlığa yaraşmayan bu faciə daxil olmaqla, Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalaraq ölkələrində qaçqın kimi yaşamaqdadır. Hazırda Azərbaycan ərazisinin 20 faizi işğal altındadır.

Xocalı soyqırımını və Azərbaycan torpaqlarının illərdir işğal altında saxlanmasını kəskin şəkildə qınayırıq.

Azərbaycanlı qardaşlarımızın 28 il əvvəl Xocalıda məruz qaldıqları soyqırımının acısını tam şəkildə paylaşırıq. Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, bir daha bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk”.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.