DÜNYA


Türkiyə Yunanıstana nota verib

İstanbul, 1 avqust, AZƏRTAC

Türkiyə Yunanıstana nota verib.

AZƏRTAC xəbər verir ki, buna səbəb Ədirnə vilayətində Yunanıstan tərəfindən mülki geyimli şəxslərin açdıqları atəş nəticəsində Türkiyə vətəndaşının qətlə yetirilməsidir. Yunanıstanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili bununla əlaqədar Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub.

İyulun 31-i axşam saatlarında Ədirnə vilayətinin Meriç rayonunun Adasarhanlı kənd sakinləri Mehmet Durğun (43) və Süleyman Şener (60 sərhəd xəttində yerləşən Meriç çayının sahillərinə gediblər. Yunanıstan tərəfindən açıldığı iddia edilən atəş nəticəsində Mehmet Durğun üzündən güllə yarası alıb və hadisə yerində həlak olub. Süleyman Şener hadisədən dərhal sonra kənd mərkəzinə gələrək bu barədə məlumat verib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.