DÜNYA
Türkiyə avtomobil daşıyan qapalı vaqonların istehsalına başlayıb
Ankara, 8 yanvar, AZƏRTAC
Türkiyə Lokomotiv və Mühərrik Sənayesi Anonim Şirkəti (TÜLOMSAŞ) avtomobil daşıyan qapalı vaqonların istehsalına başlayıb.
AZƏRTAC TÜLOMSAŞ-ın rəsmi saytına istinadla xəbər verir ki, Əskişəhərdə yerləşən zavodda düzəldilən qoşa vaqonlarda eskalatorlar, havatəmizləyici sistem və təhlükəsizlik üçün zəruri avadanlıq quraşdırılıb. Ən müasir yükləmə və boşaltma texnologiyası ilə təmin olunan vaqonlar mikroavtobuslar, kiçikhəcmli yük maşınları və minik avtomobillərinin daşınması üçün nəzərdə tutulub.
Avropa standartlarına uyğun istehsal olunan yeni vaqonlar dünya bazarında rəqabətədavamlı keyfiyyətə malikdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [15:59]
Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub
- 18.04.2024 [15:27]
HONOR Magic6 Pro İstanbulda təqdim olunub
- 18.04.2024 [14:53]
Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib
- 18.04.2024 [14:47]
Annalena Berbok: İranı təcrid etmək lazımdır
- 18.04.2024 [14:41]
Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb
- 18.04.2024 [14:13]
Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək
- 18.04.2024 [13:49]
Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır
- 18.04.2024 [13:44]
Britaniyalı deputat haqqında araşdırma başlayıb
- 18.04.2024 [13:39]