MƏDƏNİYYƏT


Türkiyə dərgisində Şuşa şairləri haqqında geniş məqalə dərc edilib

Bakı, 1 avqust, AZƏRTAC

Türkiyə Dil və Ədəbiyyat dərgisinin 163-cü nömrəsində Dövlət Tərcümə Mərkəzinin ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq nəşr etdiyi, Şuşada doğulub-böyümüş görkəmli Azərbaycan şairləri Xan qızı Natəvan, Fatma xanım Kəminə və Aşıq Pərinin həyat və yaradıcılığından bəhs edən “Qarabağın üç şaireyi-möhtərəməsi”Türkiyə Dil və Ədəbiyyat dərgisinin 163-cü nömrəsində Dövlət Tərcümə Mərkəzinin ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq nəşr etdiyi, Şuşada doğulub-böyümüş görkəmli Azərbaycan şairləri Xan qızı Natəvan, Fatma xanım Kəminə və Aşıq Pərinin həyat və yaradıcılığından bəhs edən “Qarabağın üç şaireyi-möhtərəməsi” kitabı haqqında geniş məqalə dərc olunub.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Şuşa və Qarabağın üç şaireyi-möhtərəməsi” adlı məqalənin müəllifi Türkiyənin tanınmış alimi, professor Murat Ertaşdır.

Qeyd edək ki, XIX əsr Şuşa ədəbi mühitindən, bu mühitin yetişdirdiyi, şəxsiyyətləri və yaradıcılıqları ilə klassik Azərbaycan poeziyasında dərin izlər qoymuş xanım şairlərdən bəhs edən nəfis tərtibatlı kitabın müəllifi tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru Vilayət Quliyev, redaktoru İradə Musalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.