DÜNYA


Türkiyə doqquz əcnəbi terrorçunu Belçikaya ekstradisiya edib

İstanbul, 1 iyul, AZƏRTAC

Türkiyədə saxlanılan əcnəbi terrorçuların ekstradisiyası davam etdirilir. Belçika vətəndaşı olan daha doqquz terrorçu ölkədən çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, bununla da 2019-cu il noyabrın 11-dən etibarən Türkiyədən ekstradisiya edilən terrorçuların sayı 338-ə yüksəlib. Onlardan 113-ü Avropa İttifaqı ölkələrinin, ABŞ-ın və Avstraliyanın vətəndaşlarıdır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.