CƏMİYYƏT


Türkiyə dünya tibbi üçün “mətbəx” olmaq istəyir

Bakı, 18 avqust, AZƏRTAC

Türkiyədə endemik – yəni məhdud arealda yayılmış nadir bitkilərin zəngin ehtiyatları var və həmin bitkilərin sayı 4750-yə çatır. Bu, bütövlükdə Avropadakı mövcud endemik bitkilərin sayından çoxdur. Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyi ilə Su İşləri Nazirliyinin həyata keçirdikləri tədbirlər nəticəsində ölkədə endemik bitkilərin sayının 12 minə çatdırılacağı gözlənilir.

AZƏRTAC “saglikaktuel.com” saytına istinadla xəbər verir ki, bunu Türkiyə Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi Mehmet Zafer Kalayçı ölkədəki şəfaverici bitkilərin əhəmiyyətindən danışarkən deyib. O qeyd edib ki, Türkiyədə 81 əyalətin hər birinin öz endemik bitkiləri var və onlara dəyər vermək lazımdır. “Xaricdən gəlib həmin bitkiləri 1 dollara alıb, sonra özümüzə 45-50 dollara satırlar”, - söyləyən Kalayçı Türkiyənin dünyada ənənəvi və bərpaedici tibbin “mətbəxi” olmağı hədəf götürdüyünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.