DÜNYA


Türkiyə əhalisinin 28 faizi uşaqlardır

İstanbul, 18 aprel, AZƏRTAC

Ötən ilin statistikasına əsasən, Türkiyə əhalisinin sayı 82 milyon 3 min 882 nəfər olub. Onlardan 22 milyon 920 min 422-si uşaqlardır.

AZƏRTAC xəbər verir ki, ölkənin Statistika Komitəsinin son hesablamalarına əsasən, 1970-ci ildə ölkədə 0-17 yaş arası uşaqların sayı əhalinin 48,5 faizini, 1990-cı ildə isə 41,8 faizini təşkil edib. Hesablamalarda bu rəqəmin 2040-cı ildə 23,3, 2060-cı ildə 20,4, 2080-ci ildə isə 19 faiz olacağı bildirilir.

Ölkədə uşaqlara verilən adlar arasında oğlanlarda Yusif, qızlarda isə Zeynəb daha çox olub.

Qız uşaqlarının kiçik yaşda evləndirilməsinin qarşısını almaq məqsədilə ölkədə aparılan tədbirlərin nəticəsi olaraq, 2014-cü ildə 16-17 yaş qrupu qız uşaqlarının rəsmi nikaha alınması ümumi evliliklərin 5,8-ni təşkil edirdisə, 2018-ci ildə bu göstərici 3,8 faizə düşüb.

15-17 yaş arası uşaqların işə cəlb olunmasına dair statistikaya görə, 2017-ci ildə bu rəqəm ümumi işləyən əhalinin 20,3 faizini, 2018-ci ildə isə 21,1 faizini təşkil edib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.